DataLife Engine / Başçının "sağ əli" Tovuzda qoçuluq edir... - VİDEO

Başçının "sağ əli" Tovuzda qoçuluq edir... - VİDEO

Başçının "sağ əli" Tovuzda qoçuluq edir... - VİDEO

Yəqin ki, tam əksəriyyət o haqda da məlumatlıdır ki, Azərbaycan Respublikası Prezidentinin 07 iyun 2018-ci il tarixli Sərəncamı ilə Tovuz Rayon İcra Hakimiyyətinə başçı təyin olunan Məmməd Məmmədov vəzifəsinin icraasına başldıqdan az sonra o, özünə yeni komanda formalaşdırmağa başladı ki, həmin komanda üzvlərindən biri də, rayon ərazisində hər kəsin “Aptek Sahib” ləqəbli ilə tanıdığı Əsgərov Sahib Cahangir oğlu oldu.

Söylənilənlərə görə, adı çəkilən bu şəxslə Məmməd Məmmədovu bir sıra tellər bağladığından, icra başçısı təyinatının ilk günlərindən bir qədər vaxt keçdikdən sonra, onu rəhbərlik etdiyi qurumda baş mütəxəssis vəzifəsinə təyin edir. Hətta, müəyyən çevrələrdə belə bir söz-söhbət də dolaşır ki, RİH-nin başçısı vəzifəsinin icraasına başldığı ilk günün ilk anlarından “Aptek Sahib”i özünün “sağ əl” hesab edir və bu şəxsə qeyri-adi səlahiyyətlər verir. Məsələn, iddialara görə Sahib Əsgərov ona rayon rəhbərliyi tərəfindən verilmiş qeyri-adi səlahiyyətlərdən mütəmadi yararlanır və heç bir əsas olmadan iş adamlarından, fərdi yaşayış evləri inşa etdirənlərdən, hətta hansısa obyek inşa etdirmək istəyənlərdən və s. zorən rüşvət tələb edir. Belə bir səbəblər üzündən, bu şəxsin atdığı addımlara qarşı rayon sakinləri arasında kəskin narazılıq hissi də baş qaldırır.

Hələ bunlar azmış kimi, Sahib Əsgərov daşıdığı vəzifəsinin icraasına başladıqdan bir ay sonra aylıq “əmək haqqı” hesabına aldığı 99-RH-220 dövlət nömrə nişanlı, “MERSEDES” markalı avtomobili ilə rayonun mərkəzi küçələrində yol hərəkəti haqqında Qanunun tələblərini kobud şəkildə pozub hərəkətdə olsa da, yol polisi əməkdaşlarından bir kimsə adı çəkilən vəzifə sahibinə “qaşın üstə qara var” deyə bilmir. Çünki, onlar da məlumatlıdırlar ki, rayonun icra başçısı Məmməd Məmmədov hər kəsin “Aptek Sahib” ləqəbli ilə tanıdığı bu şəxsə “arxa-dayaq” durur. O halda sual oluna bilər ki, görəsən ölkə rəhbəri cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Tovuz Rayon İcra Hakimiyyətinə başçı təyin olunan Məmməd Məmmədova belə bir səlahiyyəti kim verib? Yaxud da, bu şəxsin rəhbərlik etdiyi Tovuz rayonunda qanun şahdır, yoxsa şah qanundur? Bəli, bu cür addımların atılması onu sübut edir ki, Tovuzda şah qanundur. Əgər qanun şah olsaydı, o halda RİH Aparatında aparıcı mütəxəssis vəzifəsini icra edən Sahib Əsgərov, məhz atdığı addımı ilə ətrafda olan hər kəsə nümunə olardı. Yəni, hər kəsin “Aptek Sahib” ləqəbli ilə tanıdığı bu şəxs, idarə etdiyi avtomobili ilə rayonun mərkəzi küçələrində yol hərəkəti haqqında Qanunun tələblərini pozmadan hərəkətdə olardı. Deməli torbada “qara pişik” var ki, RİH-nin səlahiyyətlisi rayonun mərkəzi küçələrində istədiyi “fironluğu” edə bilir.
Bu yöndə araşdırmamız davam edəcək. //gundemxeber.az//

4-03-2020, 20:30
Вернуться назад