Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevin oğlu Orxan Allahverdiyev 3 şirkətin təsisçisir.
Bu haqda xəbəri araşdırmaçı jurnalist Cavabşir Həsənli yayıb.
O, internet Vergi İdarəsinin reyster məlumatlarına əsasən bildirib ki, O. Allahverdiyevin 4 həmtəsisçidən biri olduğu "İnvest-2011" Məhdud Məsuliyyətli Cəmiyyəti 2011-ci ilin dekabrında qeydiyyatdan keçib. Şirkətin digər həmtəsisçiləri arasında keçmiş deputat Yusif Hümbətovun oğlu Asim Hümbətov da var.
Orxan Allahverdiyev həmçinin 2008-ci iliin sentyabrında qeydiyyatdan keçmiş və Fətəli Xan Xoyski pr., ev 113, m. 48 ünvanında hüquqi qeydiyyatda olan "O.Ş-İnşaat" məhdud məsuliyyətli cəmiyyətinin də təsisçisidir. Ötən il bu şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsi barədə Nərimanov Rayon Məhkəməsi qərar çıxarmışdı.İcra başçısının oğlunun sahibi olduğu 3-cü şirkət - "Amiras" məhdud məsuliyyətli cəmiyyəti 2007-ci ilin martında qeydiyyata alınıb. Şirkət Yasamal rayonu Həsənbəy Zərdabi pr. ev 84, mənzil 111-də hüquqi qeydiyyatdadır.
Elxan Allahverdiyev özü icra başçısı təyinatına qədər müxtəlif şirkətlərdə çalışıb. O, il yarım əvvəl Xaləddin İsgəndərovun yerinə Binəqədi rayonuna icra başçısı təyin edilib.