Mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu iş adamına 60 min manat pul atıb.
Unikal.org-a müraciət edən Orxan Kərimov bildirib ki, Elşən Camalov obyektlərində gördürdüyü elektrik işinə görə ödəməli olan vəsaiti vermir:
"İşimiz tamamlanmaq üzərə idi. Bu ərəfədə Rövşən Camalov dünyasını dəyişdi və ödənişlərimiz tamamilə dayandı. Ancaq biz bunu anlayışla və hörmətlə qarşıladıq, böyük itki idi, bir ailənin gənc övladı dünyasını dəyişmişdi. Allah ona rəhmət eləsin. Bundan bir müddət sonra "Cratos HALL”un arxasında "Star” restoranında elektrik işi təklif olundu və biz də yükək səviyyədə işi icra edib, təhvil verdik. Mən Camalovlara aid olan bütün işləri, sifarişləri Kərimov İsrafil İsmayıl oğlundan alırdım. İlk olaraq İsrafil Kərimov mənə dedi ki, Nizami rayon Mühafizə şöbəsinin rəisi olan mərhum nazirin oğlu Elşən Camalov "açot-uçot” eləmir, səbr elə həll olunacaq. 2019-cu ilin iyun ayında isə israfil Kərimov mənə dedi ki, vermirəm, get kimə deyirsən de. (red. Səs yazısı əlavə edilib). Sonra məni ailəmlə təhdid eləməyə başladılar. Mən də məcbur olub Ukraynaya sığınmışam. Elşən Camalova bu barədə dəfələrlə mesaj yazmışam, oxuyur, ancaq cavab vermir. Mən demək olar ki, 2001-ci ildən Camalovların bir çox obyektlərində işləmişəm. Onlara məxsus "Kral” Şadlıq Sarayının elektrik işərini görmüşəm. Bundan başqa Badamdar qəsəbəsində onlara məxsus villaların da işlərini mən görmüşəm. 2017-ci ildə isə onlara məxsus daha 2 obyektin - "Cratos” və "Star” restoranlarının elektrik işlərini görmüşəm. Bu işlər müqabilində onlar mənə 70 000 manat pul ödəməli idilər, ancaq cəmi 10 000 manat ödənilib. Qalan pulu isə sabir nazir oğlu ödəmək istəmir.
Mənim Cənab Prezident İlham Əliyevdən başqa heç kimə ümidim, gümanım qalmayıb. Cənab Prezidentdən xahiş edirəm ki, bu məsələni diqqətə götürsün, bir iş adamı kimi məmur övladlarının mənə vurduqları ziyanın ödənilməsi ilə bağlı müvafiq tapşırıqlar versin”.
Unikal.org