![Axtararsız məni şeirlərimdə!! Dəyərli Şairimiz Cabir Novruzun xatirəsinə. Axtararsız məni şeirlərimdə!! Dəyərli Şairimiz Cabir Novruzun xatirəsinə.](https://tv713.az/uploads/posts/2019-04/1556473192_img-20190429-wa0030.jpg)
![Axtararsız məni şeirlərimdə!! Dəyərli Şairimiz Cabir Novruzun xatirəsinə. Axtararsız məni şeirlərimdə!! Dəyərli Şairimiz Cabir Novruzun xatirəsinə.](https://tv713.az/uploads/posts/2019-04/1556471011_img-20190429-wa0016-1.jpg)
![Axtararsız məni şeirlərimdə!! Dəyərli Şairimiz Cabir Novruzun xatirəsinə. Axtararsız məni şeirlərimdə!! Dəyərli Şairimiz Cabir Novruzun xatirəsinə.](https://tv713.az/uploads/posts/2019-04/1556470302_cabir-novruz-shair.jpg)
![Axtararsız məni şeirlərimdə!! Dəyərli Şairimiz Cabir Novruzun xatirəsinə. Axtararsız məni şeirlərimdə!! Dəyərli Şairimiz Cabir Novruzun xatirəsinə.](https://tv713.az/uploads/posts/2019-04/1556470287_cabir-novruz14.jpg)
![Axtararsız məni şeirlərimdə!! Dəyərli Şairimiz Cabir Novruzun xatirəsinə. Axtararsız məni şeirlərimdə!! Dəyərli Şairimiz Cabir Novruzun xatirəsinə.](https://tv713.az/uploads/posts/2019-04/1556470456_bez-nazvaniya-1.jpg)
Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.
1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə "Azərbaycan" ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olmuşdur.Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat etmişdir.
Hal hazırda Cabir Novruz fondu fəaliyyət gösdərir Fondun drektoru Cavanşir Qurbanovdur..Cabir Novruza həsr olunmuş xüsusi tədbirlər keçirilir və gələcəkdədə keçiriləcəkdir. İnsanların daimi qəlbində yaşadılacaq Cabir Novruz.
![Axtararsız məni şeirlərimdə!! Dəyərli Şairimiz Cabir Novruzun xatirəsinə. Axtararsız məni şeirlərimdə!! Dəyərli Şairimiz Cabir Novruzun xatirəsinə.](https://tv713.az/uploads/posts/2019-04/1556473162_img-20190429-wa0033.jpg)
Şövkət Ələkbərova - Məhəbbət - musiqi: Oqtay Kazımi
Yalçın Rzazadə - Bakının qızları - musiqi: Oqtay Kazımi
Yalçın Rzazadə - Mənim duyğularım - musiqi: Oqtay Kazımi
Zeynəb Xanlarova - Cavanlığım - musiqi: Oqtay Kazımi
Zeynəb Xanlarova - Bulaq suyu, dağ havası - musiqi: Oqtay Kazımi
Yalçın Rzazadə - Dünya düzələn deyil - musiqi: İqbal Ağayev
Yalçın Rzazadə - Böyüməyə tələsmə - musiqi: İqbal Ağayev
Manana Caparidze - Bu nə cür məhəbbətdir - musiqi: Eldar Mansurov
Aygün Kazımova - Səsim səsinə öyrəşib - musiqi: Eldar Mansurov
Mübariz Tağıyev - Ömür keçir - musiqi: Eldar Mansurov
Ruhəngiz Abdullayeva - Məhəbbət ölməyəcək - musiqi: Eldar Mansurov
Ağadadaş Ağayev - Gəlin gələndə - musiqi: Oqtay Kazımi
Mübariz Tağıyev - Sən oldun - musiqi: Eldar Mansurov
Brilliant Dadaşova - Gecikmiş məhəbbət - musiqi: Eldar Mansurov
İlqar Muradov - Sən oldun - musiqi: Eldar Mansurov
Heydər Anatollu - Tənhalıq - musiqi: Eldar Mansurov
Abbas Əhməd - Təki sənin səsin gəlsin - musiqi: Eldar Mansurov
Səbinə Cabbarzadə - Məhəbbət - musiqi: Eldar Mansurov
Təəssüfki nə Vüqarlar sağdı, nə Müşviqlər sağdı nədəki Mirzələr sağdır.SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA.
BEŞ.AZ saytının Baş Redaktoru Könül Vəliyeva.