Zeynəb Xanlarovanın da konsert tarixi dəyişdi
Xalq artisti Zeynəb Xanlarovanın solo konsertinin tarixində dəyişiklik olub.
XəbərTv.info bildirir ki, 18 martda Bakı Konqres Mərkəzində keçirilməsi planlaşdırılan konsert proqramı mayın 3-də baş tutacaq.
Təşkilatçıların məlumatına görə, konsertdə 3000-dən çox tamaşaçının iştirak edəcəyi nəzərə alınaraq, Azərbaycanda və dünyada aparılan profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq belə bir addım atılıb.
11-03-2020, 17:14
Вернуться назад