Zahid Oruc: “Əvvəlki Milli Məclisdə bir iclasda bəzən 39 məsələ qəbul edilirdi”
“Milli Məclisin nüfuzlu olması ilk növbədə hökumətin xeyrinədir”.
Bunu bu gün Milli Məclisin plenar iclasında yaz sessiyasının qanunvericilik işlər planı ilə bağlı müzakirədə İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Z. Oruc deyib ki, əvvəlki Mili Məclisin vaxtında bir iclasda bəzən 39 məsələ qəbul edilirdi: “Mən keçmişin arxasinca danışmaq istəmirəm. Mənim xarakterimi bilirlər. Prezident də dediyi kimi, biz kəmiyyətə deyil, keyfiyyətə üstünlük verməliyik”.
Deputat siyasi partiyalarla bağlı qanunvericiliyin dəyişməli olduğunu bildirib.
XəbərTv.info
13-03-2020, 14:01
Вернуться назад