DataLife Engine / Azərbaycan çempionatı qeyri-müəyyən vaxta qədər dayandırılıb

Azərbaycan çempionatı qeyri-müəyyən vaxta qədər dayandırılıb

Azərbaycan çempionatı qeyri-müəyyən vaxta qədər dayandırılıb

Basketbol üzrə Azərbaycan çempionatı dayandırılıb.

XəbərTv.info-nun apasport.az-a istinadla verdiyi məlumata görə, bu addım ölkə ərazisində koronavirusun yayılma ehtimalının qarşısını almaq məqsədi ilə atılıb.

Azərbaycan Basketbol Federasiyası kişilər arasında Superliqanı qeyri-müəyyən vaxta qədər dayandırmağı məqsədəuyğun sayıb. Yarışın bir dəfəlik dayandırılacağı və ya qısa müddətdə yenidən keçirilməsi ilə bağlı qərar sonradan veriləcək.

Qeyd edək ki, Superliqada martın 2-5-də də eyni səbəbdən oyunlar təxirə salınmışdı.
13-03-2020, 16:50
Вернуться назад