Terimdən TFF-yə irad - “Heç Allahdan qorxmursunuz?”
“Qalatasaray”ın baş məşqçisi Fatih Terim çempionatın dayandırılmamasını düzgün addım saymayıb. “Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis Türkiyə Futbol Federasiyasının (TFF) onların sağlamlığını ciddiyə almadığını deyib.
Terim bildirib ki, matçlar azarkeşsiz keçirilsə də, 800-dən çox rəsmi işçi var: “Onların birində aşkarlansa, hamımız təhlükə altına düşürük. Qarşılaşmalar niyə azarkeşsiz keçirilir? Allah qorusun, burada topdaşıyan uşaqlar var, bizim canımız, bizim ailəmiz yoxdur? Heç Allahdan qorxmursunuz?”
tv713.az
16-03-2020, 11:03
Вернуться назад