“Mənsimovun günahsızlığının isbatlanacağına inanırıq”
"Palmali" Şirkətlər Qrupunun təsisçisi və sahibi Mübariz Mənsimov bir neçə aydır ki, özü barəsində haqsızlıq və hüquqsuzluqla qarşı-qarşıya idi".
Bu barədə şirkətin yaydığı açıqlamada bildirilir.
Şirkətdən bildirilib ki, M.Mənsimov həqiqətə uyğun olmayan bir ittihamla, FETÖ terror təşkilatı ilə əlaqədə olmaqda günahlandırılır:
"Mənsimov İstanbul Cumhuriyyət Prokurorluğu tərəfindən aparılan araşdırma çərçivəsində saxlanılıb və barəsində həbs qərarı verilib. Məsələ Mənsimovun vəkillərinin diqqətindədir. Onun günahsızlığının isbatlanacağına inanırıq. Bu zaman kəsiyində şirkət öz fəaliyyətini davam etdirəcək, heç bir axsama olmayacaq".
tv713.az
17-03-2020, 22:09
Вернуться назад