DataLife Engine / “Qızım yuxuda ikən otağa basqın etdilər” - Mənsimov açıqlama yaydı

“Qızım yuxuda ikən otağa basqın etdilər” - Mənsimov açıqlama yaydı

“Qızım yuxuda ikən otağa basqın etdilər” - Mənsimov açıqlama yaydı

Martın 15-də Türkiyədə saxlanılan və bu gün barəsində həbs qərarı verilən azərbaycanlı iş adamı Mübariz Mənsimov vəkili vasitəsiylə açıqlama yayıb.

tv713.az bildirir ki, iş adamı açıqlamasında başına gələnləri şərh edib.

"Bir neçə aydır ki, bu çirkin oyunla qarşı-qarşıyayam. Məni FETÖ/PDY silahlı terror təşkilatı ilə əlaqədə olmaqda günahlandırırlar. Bunu 2017-ci ildə də etmişdilər, amma bacarmamışdılar. 3 il öncə hər şeyimi araşdırdılar və 2019-cu ildə heç bir sübut ortaya qoya bilmədilər. Həyatım boyu Azərbaycan və türk xalqları üçün çalışdım. Türk millətçiliyim hər şeydən öncə gəldi. Qazanacağımı bildikləri üçün məni qorxutmağa, bu mübarizədən çəkindərməyə çalışırlar.

İş adamı olmağı bir kənara qoyun, səhərin gözü açılmamış evə basqın təşkil edib, 18 yaşlı qızımın yuxuda ikən otağına girirlər. Mənim Allahdan başqa heç kimdən qorxum yoxdur, bunu hər kəs bilsin. Bütün bunlar əvvəlcədən planlaşdırılıb.

Bütün bu haqsızlıqlara görə aclıq aksiyası keçirdirəm, yemək yemirəm, su içmirəm, dərmanlarımı qəbul etmirəm. Yaxın bir zamanda əməliyyat olunmağıma, müalicəmim davam etməsinə baxmayaraq, məni saxladılar, iki gündən sonra həbsxanaya göndərirlər. Belə çirkin bir ləkə ilə yaşamaqdansa, şərəfli bir ölümü seçib özümü Allaha təslim edirəm. Haqq-ədalət gec-tez öz yerini tapacaq", - deyə Mənsimov açıqlamasında qeyd edib.
17-03-2020, 22:19
Вернуться назад