DataLife Engine / Kredit borcları dondurulsun - Deputatdan təklif

Kredit borcları dondurulsun - Deputatdan təklif

Kredit borcları dondurulsun - Deputatdan təklif

"Bu gün sürətlə yayılan koronavirus dünya iqtisadiyyatında təsirsiz ötüşməyərək yeni bir situasiya yaradıb. Dünya iqtisadiyyatında yaranmış durum Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib”.

tv713.az məlumat verir ki, bunu olke.az-a açıqlamasında millət vəkili İqbal Məmmədov deyib.

Onun sözlərinə görə, artıq turizm, iaşə, nəqliyyat, daşıma sahəsində bu təsirlər hiss olunmaqdadır və getdikcə də öz təsirini göstərəcək. "Bu da istər-istəməz sahibkarlığın inkişafına öz mənfi təsirini göstərməli olacaq. Belə olan şəraitdə mən sahibkarlara maliyyə amnistiyasının tətbiq olunmasını təklif edirəm. Belə ki, Azərbaycan dövləti və cənab Prezident ölkədə sahibkarlığın inkişafına hər zaman dəstək verib. Hesab edirəm ki, indiki məqamda da bu dəstək verilməlidir”- deputat bildirib.

İ.Məmmədov deyib ki, iş adamları sahibkarlığın inkişafı məqsədi ilə kreditlər götürüblər: "Ancaq bir çox hallarda sahibkarlar kreditləri qaytarmaqda çətinlik çəkirlər. Krediti geçikən zaman isə hər gecikən günə əlavə cərimələr, yəni peniyalar gəlir. İndiki şəraitdə, koranvirusla bağlı müddəti bitənədək hökumətə gecikən kreditlərə görə peniyaların dondurulmasını təklif edirəm. Koronavirusla bağlı pandemiya müddəti bitdikdən, iqtisadi aktivlik təmin olunduqdan sonra gecikən kreditlərə görə peniyalar qüvvəyə minsin. Amma indiki vəziyyətə bu dondurulsa yaxşı olar. Bu da sahibhakların üzləşdiyi çətin durumda onlara böyük dəstək olar”.
18-03-2020, 09:13
Вернуться назад