DataLife Engine / Bakıda şirkətin gözətçi otağına basqın edildi

Bakıda şirkətin gözətçi otağına basqın edildi

Bakıda şirkətin gözətçi otağına basqın edildi

Bakıda quldurluq hadisəsi baş verib.

Hadisə martın 17-si saat 21 radələrində Yasamal rayon, H.Cavid prospektində yerləşən tikinti şirkətlərinin birində qeydə alınıb.

Belə ki, naməlum şəxs şirkətin gözətçi otağına basqın edib, mühafizəçinin boğazına bıçaq dirəyərək onun 100 manat pulunu quldurluq yolu ilə ələ keçirib.

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Kərim Axundov tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

tv713.az
18-03-2020, 09:42
Вернуться назад