DataLife Engine / Məhkəmə Gülnarə Kərimovanın cəzasını artırıb

Məhkəmə Gülnarə Kərimovanın cəzasını artırıb

Məhkəmə Gülnarə Kərimovanın cəzasını artırıb

Cinayət işləri üzrə Daşkənd şəhər məhkəməsi Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın cəzasını artırıb.

XəbərTv.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Özbəkistan Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yeni cinayət işi üzrə məhkəmənin hökmü ilə G. Kərimova 13 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdə qeyd olunub ki, onu cəzaçəkmə müddətinin əvvəli 21 avqust 2015-ci il tarixdən hesablanır.

Xatırladaq ki, G. Kərimova müxtəlif ittihamlar üzrə təqsirli bilinərək məhkum olunub.
18-03-2020, 12:30
Вернуться назад