Klublar futbolçuların maaşını kəsir
Koronavirus pandemiyası səbəbindən gəlirləri azalan klublar bunu sığortalamaq üçün müxtəlif yollara əl atırlar.
Bəzi komandalar problemi futbolçuların maaşlarını kəsməklə həll etməyə çalışır.
Şotlandiyanın “Harts” klubu maliyyə böhranı keçirməmək üçün oyunçuların, həmçinin işçilərin maaşlarının 50 faizini azaltmaq qərarına gəlib. Bununla bağlı klubdakılar məlumatlandırılıblar. Fransa təmsilçisi “Amyen” isə çıxış yolunu futbolçular da daxil olmaqla, hamının maaşını 16 faiz azaltmaqda görüb.
XəbərTv.info
19-03-2020, 12:15
Вернуться назад