Dövlət orqanlarının əməkdaşları bir aylıq məzuniyyətə göndərilir
Baş Nazir Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub göndərib.
Məktubda deyilir ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması üzrə Azərbaycan Hökuməti tərəfindən aparılan profilaktiki tədbirlər çərçivəsində dövlət orqanları və qurumları, onların tabeliyində olan qurumların əməkdaşları 2020-ci ilin mart ayının 29-dan bir ay müddətinə əmək haqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilsinlər.
Qərar hüquq mühafizə orqanlarına və tibb sektoruna şamil edilmir.
20-03-2020, 20:15
Вернуться назад