DataLife Engine / Kanada Olimpiadada iştirakdan imtina etdi

Kanada Olimpiadada iştirakdan imtina etdi

Kanada Olimpiadada iştirakdan imtina etdi






















Kanada koronavirus pandemiyası səbəbindən Tokioda yay Olimpiya və Paralimpiya oyunlarında iştirakdan imtina edib.

Barədə ölkənin Olimpiya və Paralimpiya oyunlarının saytı məlumat yayıb.

Məlumatda deyilir ki, bu barədə qərar çətinliklə qəbul olunub. “Kanadanın Olimpiya və Paralimpiya komitələri Beynəlxalq Olimpiya Komitəsini (BOK), Beynəlxalq Paralimpiya Komitəsini və Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) təcili olaraq oyunları bir il təxirə salmağa çağırır və bununla bağlı ortaya çıxan bütün çətinliklərlə bağlı tam dəstək təklif edir”, - təşkilatlarda əlavə ediblər.

Məlumatda həmçinin qeyd edilir ki, Olimpiadanın təxirə salınması ilə əlaqədar problemlər yaranacaq, lakin idmançıların və beynəlxalq ictimaiyyətin sağlamlığından, təhlükəsizliyindən vacib heç nə ola bilməz. Komitə nümayəndələri, dəstək və səbr etdikləri üçün idmançılara, tərəfdaşlara və Kanadanın idman ictimaiyyətinə təşəkkürlərini bildiriblər.

Bundan əvvəl britaniyalı yüngül atlet Katarina Conson-Tompson və yunan Ketrin Stefanidi koronavirus pandemiyasına baxmayaraq, Oyunları Tokioda keçirmək istədiklərinə görə BOK-u tənqid ediblər. Conson-Tompson hesab edir ki, komitənin mövqeyi ölkələrin hakimiyyət orqanlarının dediklərinə ziddir. İdmançı zalların və stadionların karantin üçün bağlanmasına diqqət çəkib.

Tokioda oyunlar iyulun 24-dən avqustun 9-dək keçirilməlidir.

tv713.az
23-03-2020, 09:40
Вернуться назад