DataLife Engine / “Meyvəli” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 000 manat ayırdı

“Meyvəli” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 000 manat ayırdı

“Meyvəli” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 000 manat ayırdı






















Meyvə-tərəvəzlərin topdan və pərakəndə satışı sahəsində müasir standartlara cavab verən “Meyvəli” MMC korporativ sosial məsuliyyət çərçivəsində koronavirus (COVID-19) pandemiyası ilə mübarizə üçün ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.

tv713.az-nun məlumatına görə, “Meyvəli” MMC Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 000 manat məbləğində vəsait ayırıb.

Şirkətin baş direktoru Əbülfət Qocayev bildirib ki, MMC koronavirus pandemiyasının ölkə iqtisadiyyatına təsirini məhdudlaşdırmaq istiqamətində dövlətin səylərini daim dəstəkləyir. Direktor onu da əlavə edib ki, virusa yoluxma hallarının qarşısını almaq məqsədilə “Meyvəli” MMC-nin ərazisində mütəmadi olaraq dezinfeksiya işləri davam etdirilir və profilaktik tədbirlər görülür.

Meyvəli MMC-nin əsas yaranma məqsədi ölkə əhalisinin tələblərinə cavab verməklə yerli fermerlərin kənd təsərrüfatı məhsullarını keyfiyyətli və rahat şəkildə yerli bazara çıxarılmasını təmin etməkdir. Bunun üçün Meyvəli Bakı şəhərinin girişində yerləşməklə ölkənin hər bir istiqamətindən gətirilən kənd təsərrüfatı məhsullarının rahat şəkildə paytaxta gətirilməsinə şərait yaratmışdır.

Meyvəli nəinki regionda və hətta MDB məkanında analoqu olmayan meyvə-tərəvəz bazası olmaqla ölkənin inkişaf tempinə öz dəstəyi və əhalinin rifahının yaxşılaşdırılması və yeni iş yerlərinin açılması baxımından da öz əvəzedilməz tövhəsini vermişdir.
24-03-2020, 12:36
Вернуться назад