DataLife Engine / DİM ali məktəblərə sənəd qəbulunu təxirə saldı

DİM ali məktəblərə sənəd qəbulunu təxirə saldı

DİM ali məktəblərə sənəd qəbulunu təxirə saldı


Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən ardıcıl tədbirlərə uyğun olaraq Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci il 30 mart - 27 aprel tarixlərində aparılması nəzərdə tutulan ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu, eləcə də aprel ayı üçün planlaşdırılan bütün tədbirlər təxirə salınıb.

Dövlət İmtahan Mərkəzindən verilən verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu, daha öncə təxirə salınan 11-ci sinif buraxılış (qəbul) imtahanları, həmçinin martın 9, 15 və 29-da keçirilməli olan imtahanların vaxtı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

tv713.az
26-03-2020, 09:32
Вернуться назад