Olimpiya Oyunlarının təxirə salınmasının vurduğu ziyanın məbləği açıqlanıb
Tokio Yay Olimpiya Oyunlarının 2021-ci ilədək təxirə salınması təşkilatçılara 2,7 milyard dollara başa gələcək.
Bu barədə “Forbes” jurnalı yazıb.
Qeyd olunur ki, Olimpiya Oyunlarının büdcəsi təxminən 12,6 milyard dollar təşkil edirdi.
Jurnal yazır ki, yarışın təxirə salınmasından sonra təşkilatçılar ümumilikdə 15,3 milyard dollar sərf etməli olacaq.
Beləliklə, Tokio Yay Olimpiya Oyunları tarixdə ikinci ən bahalı olimpiada olacaq. Bundan əvvəl Soçi Qış Olimpiya Oyunlarının keçirilməsinə 21,9 milyard dollar xərclənib.
Xatırladaq ki, martın 24-də Beynəlxalq Olimpiya Komitəsi Tokio Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi barədə qərar vermişdi.
tv713.az
26-03-2020, 15:05
Вернуться назад