DataLife Engine / Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı




















Martın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilir ki, səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperature yarımadada gecə 6-8°, gündüz 12-16°, Bakıda gecə 6-8°, gündüz 13-15° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8°, gündüz 16-21°, dağlarda gecə 0-5°, gündüz 8-13° isti olacaq.

tv713.az
26-03-2020, 15:18
Вернуться назад