Nərmanov icra başçısının oğlu əlində 20 min dollar və qolunda 130 min manatlıq saatla POZ VERDİ VİDEO+FOTO
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin oğlunun taxdığı saat müzakirələrə səbəb olub.
tv713.az qaynarxett.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə Abdin Fərzəliyevlə və onun birinci müavini Şahmar İbadovla bağlı video paylaşılıb.
Həmin videoda rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev və müavini Şahmar İbadov tənqid edilir. Qeyd olunur ki, adı çəkilən vəzifəli şəxslər pilot layihə adı ilə yaşayış binalarını qanunsuz şəkildə sökürlər, başçı və müavini isə müxtəlif yollarla, o cümlədən hədə-qorxu gəlməklə sakinlərin pulunu verməkdən imtina edirlər və bu da narazılığa səbəb olur.
Şəkildə gördüyünüz, əlində iki bağlama (20 min) dollar tutub poz verən şəxs Nərimanov rayon icra başçısı Abdin Fərzəliyevin oğludur. Lakin şəkildə diqqət çəkən digər bir məsələ də var. Əsas diqqəti Abdin Fərzəliyevin oğlunun qolundakı saat çəkir.
Araşdırma nəticəsində məlum olub ki, bu saat “Audemars Piguet” markasına aiddir və qiyməti ABŞ valyutası ilə 79 000 dollardır (134 000 manat).
Türk satış saytlarında isə saat 560 268 TL-yə satılır. (Azərbaycan manatı ilə 146 566 manat+170 manat çatdırma pulu)
Qeyd edək ki, internet resurslarında apardığımız araşdırma zamanı məlum oldu ki, həmin markalı saatların qiyməti 5 900 dollarla 1 milyon dollar arasında dəyişir.
Nərimanov rayon icra başçısının aylıq vəzifə maaşı 1045 manatdır. Belə olan halda, başçının oğlu bu qiymətə saat hansı pulla alıb?
Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə sorğu göndərsək də, İcra hakimiyyəti sorğuya cavab vermədi. Cavabları olacaqsa, dərc etməyə hazırıq.
tv713.az
30-03-2020, 14:20
Вернуться назад