DataLife Engine / Tokio olimpiadasının keçiriləcəyi tarix açıqlandı

Tokio olimpiadasının keçiriləcəyi tarix açıqlandı

Tokio olimpiadasının keçiriləcəyi  tarix açıqlandı

Koronavirus pandemiyası səbəbindən təxirə salınan Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının yeni tarixi açıqlanıb.

tv713.az NHK telekanalına istinadən bildirir ki, Olimpiya Oyunlarına 2021-ci il iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də start veriləcək. Yay Olimpiya Oyunlarının 8 avqustda, Paralimpiya Oyunları isə 5 sentyabrda başa çatacaq.

Bildirilir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (IOC), Oyunların Təşkilat Komitəsi və Yaponiya hökuməti arasında razılıq əldə olunub.
30-03-2020, 16:27
Вернуться назад