Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” ölkələrinə koronavirusla mübarizə üçün 140 milyon avro ayırır
Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan ölkələrə - Gürcüstan, Ermənistan, Azərbaycan, Moldova, Ukrayna və Belarusa koronavirusla mübarizədə təcili ehtiyaclar üçün 140 milyon avro ayıracaq.
Bu barədə Avropa Komissiyasının onlayn brifinqində bildirilib.
Qeyd olunur ki, Komissiya koronavirusun sosial-iqtisadi fəsadlarını yumşaltmaq məqsədilə 700 milyonadək avro vəsait yönəldəcək.
Məlumatda bildirilir ki, tərəfdaş ölkələrin müraciəti ilə Avropa Komissiyası zəruri tələblərə reaksiya verəcək və tibbi avadanlıqların, o cümlədən süni nəfəs aparatlarının, laboratoriya komplektlərinin, maska, qoruyucu gözlük, xalat və qoruyucu geyimlərin tədarükünü dəstəkləyəcək:
"Avropa Komissiyası Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə işləyir və yaxın həftələrdə satınalmanın təmin olunması, altı ölkənin səhiyyə sistemləri arasında səmərəli paylanması üçün 30 milyon avro ayırır".
tv713.az
30-03-2020, 22:35
Вернуться назад