GUAM: Dağlıq Qarabağ Azərbaycanındır
“Dağlıq Qarabağ regionu Azərbaycanındır”.
XəbərTv.info APA-ya istinadən bildirir ki, GUAM Katibliyinin (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma seçkilərlə bağlı yaydığı bəyanatında belə deyilib.
Bildirilib ki, qurum işğal edilmiş ərazilərdə qondarma seçkilərin keçirilməsini qınayır.
“Dağlıq Qarabağ region Azərbaycanındır. Demokratiya və İqtisadi İnkişaf Təşkilatı – GUAM Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində 31 mart 2020-ci ildə qondarma seçkilərin keçirilməsini qınayır”, - deyə bəyanatda bildirilib.
31-03-2020, 14:22
Вернуться назад