Saxta sənədlər təqdim edərək subsidiya almağa cəhd göstərən bələdyyəyə qarşı cinayət işi başladıldı
Saxta sənədlər təqdim edərək dövlət büdcəsindən subsidiya almağa cəhd göstərən bələdiyyəyə qarşı cinayət işi başladılıb.
tv713.az-nun məlumatına görə, bu, 2019-cu il üzrə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə”də əksini tapıb.
Məruzədə qeyd edilib ki, Bərdə rayonu Qaraqoyunlu bələdiyyəsi tərəfindən təmir-tikinti işlərinin aparılması adı altında pul vəsaitlərinin qanunsuz silinməsi nəticəsində bələdiyyə büdcəsinə 15 min 716 manat ziyan vurulması, səlahiyyətli olmadığı halda bələdiyyə sədri tərəfindən 173,35 hektar torpaq sahəsi üzrə təkbaşına qərarlar qəbul edilməsi və saxta sənədlər əsasında dövlət büdcəsindən subsidiyanın ayrılmasına şərait yaradılması halları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1, 313 179.2.3 və 1792.4-cü maddələri ilə cinayət işi başlanıb.
1-04-2020, 10:10
Вернуться назад