DİN: Maska taxmayanlar qaydanı pozmuş sayılır
"Vətəndaşların qoruyucu vasitələrindən istifadəsi mütləqdir".
tv713.az virtualaz.org-a istinadən bildirir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, polislər də bunu vətəndaşlardan tələb edir:
"Karantin rejimi qaydalarında da qoruyucu vasitələrdən istifadə zəruridir. İstifadə etməmək də bu qaydaları pozmaq deməkdir".
2-04-2020, 12:30
Вернуться назад