DataLife Engine / Küçəyə çıxarkən elektron icazə tələb olunacaq

Küçəyə çıxarkən elektron icazə tələb olunacaq

Küçəyə çıxarkən elektron icazə tələb olunacaq

"Vətəndaşlar elektron qaydada icazə aldıqdan sonra küçəyə çıxa biləcəklər".

Bu sözləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev deyib.

O bildirib ki, vətəndaşa paytaxtın Nizami rayonuna getməsinə icazə verilibsə, o Xətai rayonunda saxlanılsa, bu, artıq karantin qaydalarının pozulması deməkdir.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov isə bildirib ki, yaxın saatlarda küçəyə çıxmaqla bağlı icazə qaydaları açıqlanacaq: "Bu barədə hələ ki, danışmaq tezdir".

tv713.az
2-04-2020, 14:50
Вернуться назад