DataLife Engine / Icazə üçün göndərilən SMS-lərə bir saat ərzində cavab veriləcək

Icazə üçün göndərilən SMS-lərə bir saat ərzində cavab veriləcək

Icazə üçün göndərilən  SMS-lərə  bir saat ərzində cavab veriləcək

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin təqdimatı olub.

tv713.az bildirir ki, bütün hüquqi və fiziki şəxslərin xüsusi karantin rejimində evdən çıxma qaydalarının təmin edilməsi ilə bağlı icazələr sistemi Prezident yanıdna Vətəndaşlara Xidmtə və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təqdim edilib.

Təqdimat mərasimində Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov sistemin istifadə qaydası haqqında məlumat verib.

Bildirilib ki, sistem “ASAN xidmət”in tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyi ilə birgə ərsəyə gəlib.

Qeyd olunub ki, sistemdən istifadə qaydaları ilə əlaqədar suallarla bağlı vətəndaşlar “ASAN xidmətin” 9108 Çağrı mərkəzinə müraciət edə bilərlər.

Evdən çıxmağa icazə üçün qısa müddət ərzində SMS xidmətinə kütləvi müraciətlərin olacağını bildirən Ceyhun Salmanov vətəndaşları səbrli olmağa çağırıb. Onun sözlərinə görə, cavablar 5-10-15 dəqiqə gecikə bilər: "Ümumiyyətlə, biz planlaşdırırıq ki, SMS-lərə ən gec bir saat ərzində cavab verilə bilər. Vətəndaşlar öz işlərini planlaşdırarkən bu bir saatı nəzərə alsınlar. Bir saat qabaqcadan öz müraciətlərini etsinlər. Əgər onların müraciətindən sonra icazə SMS-i almayıblarsa, vətəndaşlar səbrli olsunlar. Ümumiyyətlə cavab gəlməsə, aidiyyatı üzrə Çağrı mərkəzinə - "9108" nömrəsinə müraciət etsinlər".

Daha əvvəl xəbər verdiyimiz kimi, artıq bu gündən xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının məlumatlarının “icaze.e-gov.az” portalında yerləşdirilməsinə başlanılıb. Portal saat 10:00-dan etibarən işə düşüb.
3-04-2020, 13:46
Вернуться назад