DataLife Engine / Azərbaycan yelkənçiləri Sloveniyada beynəlxalq turnirdə iştirak ediblər

Azərbaycan yelkənçiləri Sloveniyada beynəlxalq turnirdə iştirak ediblər

Azərbaycan yelkənçiləri Sloveniyada beynəlxalq turnirdə iştirak ediblər



Azərbaycan yelkənçiləri Sloveniyada Optimist və Laser sinifləri üzrə keçirlən “Izola Spring Cup” və “Easter Regata” yarışlarında iştirak ediblər.

Yelkənli İdman Federasiyasından "Report"a verilən məlumata görə, yelkənçilər yarışlara başlamazdan əvvəl 14 - 18 apreldə beynəlxalq səviyyəli məşqçi Draqan Qasiçin rəhbərliyi ilə təlim-məşqlər toplanışlarına qatılıblar.

Yığmanın Avropa çempionatına hazırlıq məqsədilə qatıldığı yarışlarda 14 ölkədən 450 idmançı iştirak edib.

Optimist sinfi üzrə 2 yarış və Laser 4.7 sinfi üzrə 3 yarış keçirilib. Azərbaycan idmançılarından Murad Hacızadə və Ayla Babayeva 450 idmançı ilə “Qızıl Qrup” da yarışmaq imkanı əldə edib. “Laser” sinfi üzrə yarışan Murad Allahverdi və İsmayıl Kərimov 3 yarışda iştirak edərək yüksək bacarıq nümayiş etdiriblər.

Azərbaycanı yarışlarda Optimist sinfi üzrə yelkənçilərdən Ayla Babayeva, Fidan Ağazadə, Kristina Kərimova, Murad Hacızadə, Murad İsmayılov, Səxavət Əzimov, “Laser”sinfi üzrə Murad Allahverdi və İsmayıl Kərimov, heyətin rəhbəri Burcu Algon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, “Laser” sinfi üzrə məşqçi Tuğçə Subaşı, köməkçi məşqçi Anton Vilyayev təmsil edib.

Xatırladaq ki, aktiv bazası 2014 - cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırılmaq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Optimist” sinfi üzrə 7 - 14 yaş uşaqlar, “Laser” sinfi üzrə isə 14 yaşdan yuxarı yeniyetmələri bu idman növünə cəlb etmək olub.

Təlim məşqlərin keçirilməsində Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda "Optimist" və "Laser" sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı – ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəsislərin köməyi ilə komandaların məşqləri keçirilir.

Beynəlxalq yarışlarda Azərbaycanı təmsil edən yelkənçilər dəfələrlə ölkə xaricində təşkil olunan təlim – məşq düşərgələrində iştirak ediblər. Təlim – məşq düşərgələrində iştirakın əsas məqsədi idmançıların beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir.
23-04-2019, 23:28
Вернуться назад