DataLife Engine / Deputat Fəzail Ağamalı İstanbulda taksi sürücüsünü tutdurub

Deputat Fəzail Ağamalı İstanbulda taksi sürücüsünü tutdurub

Deputat Fəzail Ağamalı İstanbulda taksi sürücüsünü tutdurub

Milli Məclisin üzvü, “Ana vətən” partiyasının sədri Fəzail Ağamalı ötən il İstanbulda taksi sürücüsündən şikayət edib.

tv713.az bildirir ki, onun şikayəti əsasında həbs edilən taksi sürücüsü hazırda məhkəmə qarşısındadır, oğurluqda ittiham edilir və barəsində 10 ilə qədər həbs cəzası tələb edilir.

Bu əhvalat barədə yazan “Sabah” qəzeti bildirir ki, Fəzail Ağamalı İstanbulda otelə getmək istəyərkən qızı və nəvəsi ilə birlikdə taksiyə minib. Və taksi sürücüsü onu soyub. Belə ki, Ağamalı və ailə üzvləri taksiyə minəndə sürücü ona gediş haqqının 25 TL olacağını bildirib, pulu nəğd istəyib. Ağamalı pul qabını çıxararaq sürücüyə uzadıb, bir müddət sonra pul qabına baxanda 2 min TL pulunun oğurlandığını bilib və polis idarəsinə gedərək taksi sürücüsündən şikayət verib.


Deputat Fəzail Ağamalı İstanbulda taksi sürücüsünü tutdurub


Fəzail Ağamalı polisə verdiyi ifadədə hadisəni belə təsvir edib: “Axşam saatlarında Çağlayan Ədliyyəsinin qarşısından qızım və nəvəmlə birlikdə Beşiktaşa getmək üçün taksiyə mindik. Taksi sürücüsü maşını hərəkət etdirmədən məndən 2 TL tələb etdi. Nəqliyyatın sıx olduğunu və başqa taksi tapa bilməyəcəyimizi düşünüb istədiyi pulu vermək üçün pul qabını çıxardım, pulu vermək istəyəndə əlimdəki bütün pulu aldı. Nədən aldığını soruşanda 25 TL götürəcəyini dedi. Mən pullarımı sürücünün əlindən dərhal geri aldım, amma bir müddət sonra şübhələndiyim üçün Beşiktaşa getmədən maşından düşdük. Taksidən enəndə pul qabıma baxdım və içərisindən 2 min TL-nin götürüldüyünü gördüm”.

Fəzail Ağamalının şikayəti əsasında polis taksi sürücüsü Selami T.-ni saxlayıb, onun ifadəsini alıb və məhkəməyə göndərib. Məhkəmə sürücünün barəsində həbs qətimkan tədbiri seçib.
6-04-2020, 00:22
Вернуться назад