OPEC+ 9 aprel iclasına ABŞ, Kanada və Britaniyanı da dəvət etdi
OPEC katibliyi aralarında ABŞ, Kanada, Norveç, Braziliya və Böyük Britaniyanın da olduğu 36 ölkəni aprelin 9-na nəzərdə tutulan videomüşavirəyə dəvət edib.
Dəvət olunan ölkələr dörd qrupa bölünüb: OPEC üzvləri, kartelə daxil olmayan, lakin OPEC+ sazişində iştirak edən ölkələr, müşahidəçi dövlətlər, həmçinin əvvəllər OPEC-lə əməkdaşlıq etməyən ölkələr. Sonuncu qrupa ümumilikdə 10 ölkə daxildir: Kanada, Argentina, Braziliya, Kolumbiya, Misir, İndoneziya, Norveç, ABŞ, Böyük Britaniya, Trinidad və Tobako. Bu siyahıdakı ölkələrdən yalnız üçü - Kanada, ABŞ və Birləşmiş Krallıq hələlik öz iştiraklarını təsdiqləməyib.
AzərTAc xatırladaq ki, OPEC+ ölkələrinin neft hasilatının azaldılması ilə bağlı sazişi 2020-ci il martın 31-də başa çatıb. Buna Səudiyyə Ərəbistanı və Rusiya arasında fikir ayrılığı səbəb olub. OPEC ölkələrinin hasilatı artırması və koronavirusun yayılması nəticəsində neftin qiyməti kəskin ucuzlaşıb. Martın sonlarında tərəfdaşlar məsləhətləşmələri bərpa etmək və G20 ölkələrinin digər hasilatçılarını da birgə fəaliyyətə cəlb etmək barədə qərar qəbul ediblər.
tv713.az
7-04-2020, 21:07
Вернуться назад