DataLife Engine / Qadının ölümünə səbəb olan avtobus sürücüsü məhkəmə qarşısında

Qadının ölümünə səbəb olan avtobus sürücüsü məhkəmə qarşısında

Qadının ölümünə səbəb olan avtobus sürücüsü məhkəmə qarşısında


Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Yalçın Məlikovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Сinayət işi baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Hakim Vaqif Həsənovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində baş verib.

1975-ci il təvəllüdlü Məlikov Yalçın Əliağa oğlu Hökməli qəsəbəsi - “Memar Əcəmi” metrostansiyası marşurut xətti ilə hərəkət edən sərnişin avtobusu ilə qəsəbənin sonuncu dayanacaq istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1941-ci il təvəllüdlü Məmmədova Gülcahan Qabil qızını vurub.

Hadisə nəticəsində qadın müxtəlif bədən xəsarətləri alıb. Qadın sürücü tərəfindən xəstəxanaya aparılarkən yolda ölüb.

Y.Məlikova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

tv713.az
9-04-2020, 14:18
Вернуться назад