DataLife Engine / Azərbaycanda general istefa verdi

Azərbaycanda general istefa verdi

Azərbaycanda general istefa verdi


Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru Fuad Cavadov istefa verib.

Məlumata görə, F. Cavadov öz istəyinə uyğun olaraq vəzifəsindən azad olunub.

Artıq Ədliyyə naziri Fikrət Məmmədov bu vəzifəyə təqdimat verib. Sözügedən vəzifə Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin keçmiş rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru İlqar Cəfərova həvalə edilib.

İ.Cəfərov bundan öncə Ədliyyə Nazirliyi Katibliyinin rəisi olub.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən "Qafqazinfo"ya məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, F. Cavadov eyni zamanda Mərkəzi Seçki Komissiyasının üzvüdür.

tv713.az


10-04-2020, 14:11
Вернуться назад