Türkiyədə koronavirusdan ölənlərin sayı 1 000-i ötdü
Türkiyədə daha 98 nəfər pandemiyanın qurbanı olub.
Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 006 nəfərə çatıb.
"Bu gün 30 864 test keçirilib, 4 747 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 47 029 nəfərdir. Bu gün daha 281 pasiyent sağaldı, ümumi say 2 423 nəfərdir", - nazir deyib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 652 000-i ötüb. Bunların 369 927 nəfəri sağalıb, 100 371 nəfəri isə ölüb.
tv713.az
10-04-2020, 21:24
Вернуться назад