DataLife Engine / Siğortası olmayanlar cərimə ediləcək (RƏSMİ)

Siğortası olmayanlar cərimə ediləcək (RƏSMİ)

Siğortası olmayanlar cərimə ediləcək (RƏSMİ)


Nəqliyyat vasitələrinin icbari sığorta şəhadətnamələri onlayn şəkildə verilir.

Bu barədə İcbari Sığorta Bürosundan verilən məlumata görə, bunun üçün nəqliyyat vasitəsi sahibinin sığorta şirkətinə gəlməsinə ehtiyac yoxdur:

"Dövlət Yol Polisi İdarəsinin COVİD 19 pandemiyası ilə əlaqədar elan edilmiş karantin rejimində hərəkətdə olan avtomobillərin xüsusi texniki vasitələrlə aşkarlanması prosesinin dayandırılması barədə qərarı müddəti bitmiş icbari sığorta müqavilələrinə aid deyil. Avtomobilin icbari sığorta müqaviləsinin müddəti bitibsə və sürücü buna baxmayaraq nəqliyyat vasitəsini idarə etməyə davam edirsə, həmin avtomobil xüsusi texniki vasitələrlə aşkarlanacaq. Müvafiq qaydada cərimə tədbiq olunacaq".

Rəsmi məlumatda həmçinin bildirilib ki, karantin müddətində sığorta şirkətlərinin fəaliyyətində heç bir məhdudiyyətin olmadığı üçün İcbari Sığorta Bürosu sürücüləri nəqliyyat vasitələrinin icbari sığorta şəhadətnamələrinin alınmasını onlayn şəkildə həyata keçirməyə çağırır.

tv713.az
12-04-2020, 10:29
Вернуться назад