DataLife Engine / Ərdoğan Daxili İşlər nazirinin istefasını qəbul etmədi

Ərdoğan Daxili İşlər nazirinin istefasını qəbul etmədi

Ərdoğan Daxili İşlər nazirinin istefasını qəbul etmədi


“15 iyul dövlət çevrilişinə cəhddən sonra Türkiyənin Daxili İşlər Nazirliyinə gətirilən Süleyman Soylu bu günə qədər bacarıqlı fəaliyyətilə millətimizin sevgisini qazanıb. Prezidentimiz Süleyman Soylunun istefa tələbini qəbul etməyib”.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən yayılan açıqlamada bildirilib.

Açıqlamada qeyd edilib ki, terrorla mübarizə başda olmaqla bütün aidiyyəti sahələrdə uğurlar qazanan Daxili İşlər naziri istefa ərizəsini Prezidentə təqdim etsə də, Rəcəb Tayyib Ərdoğan onun ərizəsini qəbul etməyib.

Qeyd edək ki, Türkiyə Prezidenti üçüncü dəfədir ki, Süleyman Soylunun istefa qərarını geri çevirib.

tv713.az
13-04-2020, 09:37
Вернуться назад