DataLife Engine / Bazarda azərbaycanlılar arasında dava: Feyruz əvvəl yumruqla vurdu, sonra atəş açdı...

Bazarda azərbaycanlılar arasında dava: Feyruz əvvəl yumruqla vurdu, sonra atəş açdı...

Bazarda azərbaycanlılar arasında dava: Feyruz əvvəl yumruqla vurdu, sonra atəş açdı...

Ötən gün Sankt-Peterbuqrun Frunze rayonunda yerləşən ərzaq bazasında kütləvi dava baş verib.

tv713.az-nun Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, davada 10-dan çox insan iştirak edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə hadisə yerində yalnız ağır vəziyyətdə yaralanan 45 yaşlı azərbaycanlını tapıblar. İş adamı ona hücum edən şəxslərin tapançadan atəş açdıqlarını deyib.

Ağır dərəcəli kəllə-beyin travması alan biznesmen dərhal xəstəxanaya yerləşdirilib.

Daha sonra polis bölməsinə zərərçəkmişin 39 yaşlı həmyerlisi gətirilib. Onun maşınından içərisində silah-sursat olan çanta aşkarlanaraq götürülüb.

İlkin araşdırmalar zamanı məlum olub ki, biznesmenin Feyruz adlı şəxs və onun tanışları ilə münaqişəsi yaranıb. Onlar iş adamını döyüblər, çənəsini sındırıblar, daha sonra isə odlu silahdan atəş açıblar. Güllə biznesmenin ayaq nahiyyəsinə dəyib.



İnsident gecə saat 03:00 radələrində iş adamına məxsus anbarın qarşısında baş verib. Münaqişənin əsas iştirakçısı, fərdi sahiblkar “Feyruz” adlı şəxs olub. O, dava zamanı opponentinin sifatindən yumruq zərbələri endirib, daha sonra hadisə yerindən qaçmağa çalışıb. Zərərçəkmiş isə onu təqib edib. Bu zaman “Feyruz” zərərçəkənə travmatik tapançadan atəş açıb, güllə onun ayağından dəyib.

Ağır dərəcəli bədən xəsarətləri alan zərərçəkmişin vəziyyəti orta-ağırdır.
13-04-2020, 14:30
Вернуться назад