DataLife Engine / Azərbaycanlı jurnalistin oğlu yol qəzasında dünyasını dəyişdi

Azərbaycanlı jurnalistin oğlu yol qəzasında dünyasını dəyişdi

Azərbaycanlı jurnalistin oğlu yol qəzasında dünyasını dəyişdi


Jurnalist Məhəbbət Orucovun ailəsinə ağır itki üz verib.

tv713.az məlumat verir ki, Məhəbbət Orucovun oğlu Seymur Sərdarzadə faciəli surətdə dünyasını dəyişib.

Belə ki, ağır avtomobil qəzasına düşən 32 yaşlı Seymur xəstəxanaya yerləşdirilsə də, dünən səhər saatlarında keçinib. Mərhum Seymur Sərdarzadə valideynlərinin yeganə oğul övladı idi. Onun iki azyaşlı övladı qalıb.

Mərhumun yas mərasimi Məhəbbət Orucovun Maştağadakı evində keçirilir.

Qeyd edək ki, jurnalist Məhəbbət Orucov “Ekspress”, “525-ci qəzet”, “Yeni Müsavat”, “Binəqədi” qəzetlərində çalışıb.

Allah rəhmət eləsin.
13-04-2020, 20:13
Вернуться назад