Koronavirus Bakıda mənzillərin qiymətinə də təsir etdi
Koronavirus pandemiyası Bakıda mənzillərin qiymətinin ucuzlaşmasına səbəb olub.
"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, ötən ay ərzində həm təkrar, həm də ilkin mənzil bazarında ucuzlaşma qeydə alınıb.
N.İbrahimov bildirib ki, mart ayı ərzində təkrar mənzil bazarında 1.27 faiz azalma olub.
Onun sözlərinə görə, ilkin mənzil bazarında isə ay ərzində 0.52 faiz azalma müşahidə olunub.
N.İbrahimov əlavə edib ki, ümumilikdə isə ay ərzində daşınmaz əmlak bazarında 2.6 faiz azalma olub.
Ekspert vurğulayıb ki, pandemiya səbəbindən daşınmaz əmlak bazarında fəallıq demək olar ki, dayanıb.
tv713.az
14-04-2020, 09:28
Вернуться назад