DataLife Engine / ABŞ-dan Çinə sərt xəbərdarlıq - Cavab verəcəksiniz

ABŞ-dan Çinə sərt xəbərdarlıq - Cavab verəcəksiniz

ABŞ-dan Çinə sərt xəbərdarlıq - Cavab verəcəksiniz


ABŞ-ın dövlət katibi Mayk Pompeo Çin rəhbərliyini yeni növ koronavirusun yayılması barədə vaxtında məlumat verməməsinə görə tənqid edib.

tv713.az teleqraf.com-a istinadən xəbər verir ki, Mayk Pompeo məsul şəxslərin hesabat verəcəyi vaxtın gələcəyini deyib:

"Bunun baş verəcəyinə əminəm. İndi Amerika qlobal iqtisadiyyatı sistematik şəkildə yenidən başlatmaq üçün cari vəzifəsinə diqqət etməlidir. Lakin tənqid etməyin vaxtı çatıb. Çin hökuməti bu məlumatları vaxtında verməyib. Virusun necə və haradan başladığını bilmək vacibdir. Çində virusun yayıldığı vəhşi heyvan bazarlarını gördük. İqtisadiyyatın bu vəziyyətə gəlməsi faciəvidir və baha başa gələcək. Əmin olmalıyıq ki, heç bir ölkə bir daha belə bir şeyə yol verməyəcək".
14-04-2020, 14:00
Вернуться назад