DataLife Engine / 9-cu sinif şagirdləri üçün martın 1-də keçirilmiş buraxılış imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

9-cu sinif şagirdləri üçün martın 1-də keçirilmiş buraxılış imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

9-cu sinif şagirdləri üçün martın 1-də keçirilmiş buraxılış imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb


Dövlət İmtahan Mərkəzi 2020-ci il martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasında yerləşən ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının birinci mərhələsinin nəticələrini elan edib.

Imtahanda iştirak etmiş şagirdlər ( 39672 nəfər) DİM-in internet saytına daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradanöyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

tv713.az
15-04-2020, 14:45
Вернуться назад