Rusiyada dəhşətli hadisə: Üç qadını eyni mənzildə qətlə yetirdi - VİDEO
Rusiyanın Arxangelsk şəhərində üç qadını qəddarlıqla qətlə yetirən şəxs tutulub.
REN TV xəbər verir ki, Qaqarin küçəsində yerləşən mənzildən 83 yaşlı qadının, onun 77 yaşlı qonşusu və 43 yaşlı qızının meyiti tapılıb.
Araşdırma zamanı məlum olub ki, hadisəni törədən şəxs 83 yaşlı qadının 27 yaşlı qohumudur.
O, aprelin 3-də bir otağı olan yaşlı qohumunun evində qalmağa gəlib.
Onun içki içməsinə narazılıq bildirdiyinə görə, həmin şəxs qadını boğaraq öldürüb. Sonra isə qadının pullarını götürüb və heç nə olmamış kimi onun cəsədi olan evdə bir müddət yaşayıb.
Aprelin 11-də ölən qadının qonşusu ona baş çəkməyə gəlib və qapını özündə olan açarla açıb. Bu zaman evdə olan kişi onu da boğaraq öldürüb. Daha sonra onun mənzilə gələn 43 yaşlı qızına bıçaqla hücum edərək qətlə yetirib.
Bundan sonra həmin şəxs onların da mənzilinə girərək, pullarını oğurlamaq qərarına gəlib. Bu zaman mənzildə 12 yaşlı qız və balaca uşaq olub. O, qıza fiziki təzyiq göstərərək, altı min rubl (139 AZN) məbləğində pul oğurlayıb. Sonra isə qaldığı, qətlləri törətdiyi mənzilə qayıdaraq izi itirmək üçün yanğın törədib və qaçıb.
Bununla kifayətlənməyərək, aprelin 13-də silahla iki mağazaya hücum edərək, oradan oğurluq edib. Tutulandan sonra o, cinayəti tam etiraf edib. Həmin şəxs hadisəni sərxoş vəziyyətdə törətdiyini, pulun isə ona spirtli içki və əyləncə üçün lazım olduğunu deyib. tv713.az