DataLife Engine / Masallıda baş verən partlayışla bağlı cinayət işi başlanıb - RƏSMİ

Masallıda baş verən partlayışla bağlı cinayət işi başlanıb - RƏSMİ

Masallıda baş verən partlayışla bağlı cinayət işi başlanıb - RƏSMİ

Masallıda baş verən partlayışla bağlı cinayət işi başlanıb.

Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, aprelin 16-da saat 07 radələrində Masallı rayonunun Təzə Alvadı kənd sakini İntiqam Qədiyevə məxsus fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölmələri tərəfindən operativ surətdə həyata keçirilmiş tədbirlərlə 2-si azyaşlı olmaqla 3 nəfər dağıntılar altından çıxarılaraq, ümumilikdə xəsarət almış 5 nəfər Bakı şəhərində yerləşən 5 saylı şəhər kliniki xəstəxanasına göndərilib.

Hadisə yerinə prokurorluq və polis əməkdaşları tərəfindən Fövqəladə Hallar və Energetika nazirliklərinin, “Azəriqaz” İstehsalat Birliyinin mütəxəssisləri, habelə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinin iştirakı ilə baxış keçirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) həkimləri tərəfindən xəsarət almış şəxslərə təxirəsalınmaz tibbi yardım göstərilib.

İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Zərərçəkmişlərin stasionar qaydada müalicəsi hazırda davam etdirilir.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

tv713.az
16-04-2020, 13:48
Вернуться назад