DataLife Engine / Bəraət alan direktor yenidən məhkəmə qarşısında

Bəraət alan direktor yenidən məhkəmə qarşısında

Bəraət alan direktor yenidən məhkəmə qarşısında


Dələduzluqda təqsirləndirilərək bəraət alan Rasim Alışovun barəsində çıxarılmış hökmdən kassasiya şikayəti verilib.

tv713.az Oxu.Az-a istinadla bildirir ki, Ali Məhkəməyə müraciət edən zərərçəkmiş onun cəzalandırılmasını istəyir.

Şikayət hakim Hafiz Nəsibovun icraatında araşdırılacaq.

İttiham aktına əsasən, R.Alışov 2016-cı ildə tanışı - Yardımlı rayon sakini Aydın Ağayevin etibarından sui-istifadə edib. Belə ki, o, A.Ağayevin təsisçisi olduğu “İS AR Trade” MMC-nin aparıcı direktoru işləyərkən həmin şirkətin su və mürəbbə istehsalı üçün sexlər qurmaqdan ötrü avadanlıqlar alacağını vəd edərək, ondan 80 180 manat pul alıb.

Zərərçəkmişin şikayəti əsasında saxlanılan R.Alışova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Alışova bəraət verilib. Hökmdən narazı qalan zərərçəkmiş Aydın Ağayev apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
16-04-2020, 18:50
Вернуться назад