DataLife Engine / Koronavirusa qalib gələn ilk ölkə məlum oldu

Koronavirusa qalib gələn ilk ölkə məlum oldu

Koronavirusa qalib gələn ilk ölkə məlum oldu


Qrenlandiya hökuməti ölkənin koronavirus üzərində qələbə qazandığını bildirib.

tv713.az məlumat verir ki, bu barədə “Worldometers.info” saytında yerləşdirilən statistik məlumatda deyilir.

Aprelin 4-dən bu günə kimi ölkədə virusa yeni yoluxma qeydə alınmayıb. Qrenlandiyada koronavirus diaqnozu qoyulmuş 11 nəfər isə artıq sağalıb.

Virusun yayılması müddətində Qrenlandiyada 900 nəfər tibbi yoxlanışdan keçib. Ölkədə COVID-19 infeksiyasına ilk yoluxma martın 16-da qeydə alınıb.
17-04-2020, 10:30
Вернуться назад