Valideyn himayəsindən məhrum olmuş uşaqlara yaşayış sahələri veriləcək
Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqlara yaşayış sahələri veriləcək.
Bununla bağlı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişiklik Milli Məclisin bu gün iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliklə sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri veriləcək.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
tv713.az
17-04-2020, 13:05
Вернуться назад