DataLife Engine / Əfsanəvi futbolçu koronavirusdan öldü

Əfsanəvi futbolçu koronavirusdan öldü

Əfsanəvi futbolçu koronavirusdan öldü


İngiltərənin "Lids Yunayted" klubunun əfsanəvi futbolçusu Norman Hunter dünyasını dəyişib.

tv713.az "Report"a istinadən bildirir ki, 76 yaşlı keçmiş müdafiəçi xəstəxanada koronavirusdan vəfat edib.

Hunterin koronavirus testi aprelin 10-da müsbət nəticələnib və o, xəstəxanaya aparılıb.

Qeyd edək ki, Norman Hunter 1962 - 1976-cı illərdə "Lids Yunayted"in formasını geyinib. O, iki dəfə (1968/1969, 1973/1974) İngiltərə çempionatının qalibi olub.
17-04-2020, 14:59
Вернуться назад