Saatlıda zavodda baş verən bədbəxt hadisə ilə bağlı cinayət işi başlanıb
Saatlı rayonunda baş verən qəza ilə bağlı cinayət işi başlanıb.
Hadisə rayon ərazisindəki "P-Aqro" MMC-nin Saatlı Pambıq Emalı zavodunda qeydə alınıb.
Zavodda çalışan İlham Zeyniyev idarə etdiyi avtokarla orada işləyən 1969-cu il təvəllüdlü Şəhla Abbasovanı vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Saatlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizə qaydalarını pozma, zərərçəkmişin xəsarət alması ilə nəticələndə) maddəsilə cinayət işi başlanıb.(apa.az)
tv713.az
18-04-2020, 10:00
Вернуться назад