DataLife Engine / İran ABŞ-ın kömək təklifini rədd etdi

İran ABŞ-ın kömək təklifini rədd etdi

İran ABŞ-ın kömək təklifini rədd etdi


İran ABŞ-ın süni nəfəs aparatları ilə bağlı təklifini rədd edib.

Bu barədə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif açıqlama verib. O deyib ki, İran ABŞ Prezidenti Donald Trampın təklif etdiyi süni nəfəs aparatlarına ehtiyac duymur.

"Prezident Tramp, İran özü bir neçə aydan sonra ventilyasiya aparatları ixrac edəcək. Sizin etməli olduğunuz yeganə iş başqa millətlərin, xüsusən də xalqımın işlərinə qarışmağı dayandırmanızdır. Və inanın ki, biz heç bir Amerika siyasətçisinin tövsiyələrini qəbul etmirik", - deyə Zərif "Twitter" hesabında yazıb.

Xatırladaq ki, Tramp Ağ Evdə keçirilən mətbuat konfransında “əgər İran istəsə, ABŞ kömək göstərə və bu ölkəyə süni nəfəs aparatları göndərə bilər” demişdi.

tv713.az




20-04-2020, 10:09
Вернуться назад