"Zoom"da ciddi boşluq aşkarlanıb
Kibercinayətkarlar "Zoom Windows"müştərisinə hücum etməyə imkan verən hazır zərərli kodu (exploit) 500 min ABŞ dollara satışa çıxarıblar. Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, videokonfranslar üçün ən çox istifadə olunan tətbiq "macOS"versiyası üçün "exploit"i əldə etmək mümkündür. "Exploit"lər və onların çıxış kodu hazırda yalnız məhdud sayda şəxs üçün əlçatandır.
Hazırda təhlükəsizliklə bağlı iki ciddi problemin olduğu təsdiq edilib. Boşluqlar vasitəsilə cinayətkar kodu uzaqdan icra edə bilər. Zoom boşluqları cinayətkara hücum etdiyi qurğu üzərində tam nəzarəti ələ keçirməyə imkan verir.
Boşluqlar tezliklə aradan qaldırılacaq.
tv713.az
20-04-2020, 10:58
Вернуться назад